Maarfləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsini tanımağa yollanan məktəblilər Samuxa qayıdıb. Şagirdlərin qarşılanma mərasimində Ölkəmizi tanıyaq devizi ilə təşkil edilən ekskursiyaların tədris prosesinə, şagirdlərin dərsi mənimsəməsində müsbət rolundan danışıblar. Lənkəran, Astara və Masallı rayonlarının müasir görkəmi, tarixi abidələri, turizm imkanları ilə tanışlıq məktəblilərə region haqqında müfəssəl məlumat əldə etmək baxımından əhəmiyyətli olub. Tur-aksiya çərçivsində əyləncəli proqramların və intelektual oyunların iştirakçısı olan Samux məktəbliləri rayona qazandıqları uğurlarla qayıdıblar. Qaliblər fərxi fərman və hədiyyələrlə təltif olunublar.
Əsli Məhərrəmova - tur-aksiya iştirakçısı: Tanımadığımız yerləri tanıdıq. Görmədiyimiz insanlarla tanış olduq. Rayonlararası müsabiqələr keçirdik. İntelektual səviyyəmizi artırdıq. Həzi Aslanova haqqında Lənkəran Masallı Astara haqqında o qədər kitabdan oxduğumuz məlumat var idi ki onları daha da təkminləşdirdik. Görmədiyimiz əraziləri gördük. Tanış olmadığımız yerlərlə tanış olduq.
Aydan Heydərova - tur-aksiya iştirakçısı: Mən bu layihədə iştirak etməyimiz çox arzulayırdım. Nəhayət istəyimə çatdım. Astara Heydər Əliyev mərkəzində çay fabrikində olduq. Həmçinin Masallı Uşaq Təhsil Mərkəzində də olduq. Bu təhsil mərkəzi mənim diqqətimi cəlb etdi.
Natiq Hüseyn
- Baxış: 558