• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 14.11.2017 13:37

Sərxoş sürücü polislərdən qaçmaq istədi

KepezTV Player

Bakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən reyd aparılıb.Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu tağımının əməkdaşları Bakıxanov qəsəbəsində "QAZ-33023" markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün "saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin istəyi baş tutmayıb, polislər tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb. 29 yaşlı Aydın Maksumov avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü inzibati məsuliyyətə cəlb olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib.