• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 13.11.2017 14:57

“Səhiyyənin aktual problemləri” mövzusunda elmi praktik konfrans keçirilib

KepezTV Player

Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş tutan elmi-praktik konfransda müasir tibbin son nəaliyyətlərinin praktikada tətbiqi, əldə edilən nəaliyyətlərin kolleqalarla bölüşmənin əhəmiyyətinə toxunulub. Maarifləndirici, həkimlərin praktik biliklərininin artırılması məqsədi daşıyan konfransda 80-dən çox tibb işçisi iştirak edib.

Mehparə Kazımova - Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Bu konfransda ölkəmizin müxtəlif bölgələrindən olan tibb işçiləri arasında fikir mübadilələri gedir. Həkimlərə ixtisaslarına uyğun suallar verilir. Tədbir ümumilikdə, tibb işçilərinin bilik və bacarıqlarının yüksəlməsinə yönəlib”. 

Konfransdan sonra Bakıdan gələn ixtisaslı həkimlər tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkünlərin pulsuz tibbi müayinəsini aparılıb. Sağlamlıq vəziyyəti yoxlanılan 46 nəfərin 27-sində daha çox yuxarı nəfəs yollarının iltihabı, ağ ciyər və digər xəstəliklər aşkarlanıb. Daha dərin müalicəyə ehtiyacı olanlar təyinatla Gəncənin müvafiq xəstəxanalarına göndərilib.

 

Fidan Muradlı