![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/demir%20adam_0.jpg?itok=gVxCA6hp)
Gravity Industries startapının yaradıcısı britaniyalı mühəndis Riçard Brauninq özünün hazırladığı kostyumla uçaraq dünya rekorduna imza atıb. Ginnesin Rekordlar Kitabının saytında yayılan xəbərə görə, Riçard üçüncü cəhddə saatda 51,53 kilometr sürət yığmağa nail olub. O, 100 metr hündürlüyə qalxmağı bacarıb və daha sonra suya düşüb. Mühəndis analoji əl işini “Dəmir Adam” (Iron Man) filmindən ilhamlanaraq düzəldib. Dedal adını alan uçan kostyum mart ayında təqdim olunmuşdu.
Cavanşir Məmmədzadə
- Baxış: 382