KepezTV Player
Bərdə rayonunda ictimai nəqliyyatda ölüm hadisəsi baş verib. Rayon sakini Habil Əfəndiyev şəhərdaxili marşrutda olarkən qəflətən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, mərhum uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 341