Reddit adlı istifadəçi maxlanman ləqəbi ilə 1996-cı ilin Honda Accordu üçün reklam çarxı hazırlayıb. O, videonu rəfiqəsinin həmin kupeni sata bilməsi üçün çəkib. Görüntülərə baxış sayı isə artıq yarım milyona çatıb. Nəticədə avtomobilin eBayda satış qiyməti 499 dollardan 20 min dollara yüksəlib. Videoçarxda maşın sahibinin gündəlik həyatı göstərilir. Sonda bu sözlər yazılır: “Lüks – düşüncə tərzidir”. Satışa çıxarılan maşın Accord modelinin 5-ci nəsil nümayəndəsidir. Avtomobil 2,2 litrlik 150 at güclü atmosfer mühərriklə təchiz olunub. Transmissiya isə avtomatik sürət qutusundan ibarətdir.
Cavanşir Məmmədzadə
- Baxış: 617