“Sahibkar Qadınlar” İctimai Birliyinin reallaşdırdığı layihəyə 100-ə yaxın evdar xanım cəlb olunub. Məqsədi sosial-iqtisadi çətinliklərə məruz qalan, sosial mənəvi ehtiyaclarını qarşılaya bilməyən qadınlara kiçik biznesin təşkili üzrə təlimlərin keçirilməsi, onlarda sahibkarlıq bacarıq və vərdişlərinin formalaşdırılması olub. Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdıb. Gəncə, Şəmkir, Samux və Goranboyda təşkil olunan iki günlük təlimlərdə evdar xanımlara ailə büdcəsinin planlaşdırılması, sahibkarlığın əlifbası və onun bəndləri, idarəçilik, iqtisadi biliyin əsasları, kreditin alınması şərtləri, biznes planının yazılma qaydaları haqqında məlumatlar verilib.
Zemfira Ağayeva Sahibkar Qadınlar İB-nin sədri:“Demək olar ki, nəzərdə tutduğumuz 100 qadının 100-də bu layihədən bəhrələndi. Mən elə düşünürəm ki, 100 nəfər qadın yetişdirmişiksə, bu 300 nəfərin fəaliyyəti deməkdir. Yəni sahibkarlıq fəaliyyətinə başlayan tək olmur, ətrafında heç olmasa iki nəfər olur. Bunların da çoxu demək olar ki, peşə kursu keçmiş xanımlardır”.
Elnarə Ələkbərova təlimçi:“Təlimlərimizin nəticələri çox gözəldir. Belə ki, Gəncə və Goranboyda olan xanımlarımızın 60 faizi sahibkarlığa başlayıb. Onlardan 15 faizi peşəyə yönəlib, peşə kurslarına gedirlər. Bu göstəricilər Samux və Şəmkir rayonlarında da qeydə alındı. Həmin bu rayonlarda xanımlarımızın 50 faizi sahibkarlığa yönəldi. Onlardan 30 faizi peşəyə yönəldi. Demək olar ki, 15 faizi də ailə sahibkarlığı ilə məşğul olmağa başlayıb”.
Nərmin Həsənzadə layihə iştirakçısı:“Bu layihə bizə çox şey verdi. Mən əvvəl dərzilik öyrənmək üçün kursa yazıldım. Orada bu peşəni çox gözəl öyrəndim. Sonra isə özümüz kiçik bir yer açdıq və orada dərziliklə məşğul oluruq. Belə, çalışırıq”.
- Baxış: 1504