• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 01.11.2017 14:44

UEFA Çempionlar Liqasında 2-ci dövrəyə start verilib.

Sözsüz ki, 4-cü turun ilk oyun günündə azərbaycanlı fanatların diqqəti İspaniyada olub. C qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” Priney yarımadasında “Atletiko”nun qonağı olub. Qurban Qurbanovun yetirmələri istəyini reallaşdıraraq madriddən 1 xalla dönməyi bacarıb.

Görüşdə tablonu ağdam təmsilçisi hərəkətə gətirib. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora salıb. İkinci hissədə təzyiqi artıran madridlilər 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Tomas qüvvətli zərbəylə status-kvonu bərpa edib. 59-cu dəqiqədə Qarabağ meydanda azlıqda qalıb. Pedro Enrike təhlükəli hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 88-ci dəqiqədə isə qarşısında ikinci sarı vərəqəni görən Stefan Saviç oyunu erkən başa vurub. Yekunda qarşılaşma 1:1 hesablı sülhlə başa çatıb.

 Bu qrupun digər oyununda İtaliyada Roma Çelsiylə üz-üzə gəlib. Əbədi şəhərin təmsilçisi ingilisləri 3 cavabsız qolla məğlub edə bilib. 1 və 36-cı dəqiqədə Stefan El Şaravi iki dəfə diqqətləri üzərinə çəkərək komandası 2:0 hesabı ilə önə keçirib. Fasilədən sonra canavarlar daha bir dəfə qonaqları məyus edib. 63-cü dəqiqədə Dieqo Perotti fərqlənərək görüşdə son nöqtəni qoyub.

A qrupunda Bazel doğma meydanda Moskva Moikiylə qarşılaşıb. Səfərdə oynanmasına baxmayaraq ruslar evə 3 xalla dönüblər. Halbuki oyunda ilk qol meydan sahiblərindən gəlib. 32-ci Luka Zuffi yerli azarkeşləri sevindirib. Fasilədən sonra toparlanan hərbçilər 65-ci tablodakı rəqəmləri eyniləşdiriblər. Alan Dzoqaev adından söz etdirib. 79-cu dəqiqədə isə qonaqlar qələbə topunu vurublar. Pontus Vernblum rəqib qapısına yol taparaq komandasının qalib gəlməsində əsas pay sahibi olub. Bazel 1 Moik 2.

Eyni qrupda yer alan komandalar Mançester Yunaytedlə Benfikanın duelində qırmızı şeytanlar qələbəni bayram edib. Birinci hissənin sonunda qonaqların qolkiperi Mile Svilar komandasını yenik duruma salıb. 78-ci dəqiqədə isə britaniyalılardan Deyli Blind penaltini qola çevirərək Mançester Yunaytedə 2:0 qələbə qazandırıb.

B qrupunda Seltik Şotlandiyada Bavariyanı sınağa çəkib. Oyunda sükut 22-ci dəqiqədə pozulub. Kinqsli Koman rəqibi mərkəzə dəvət edib. Şotlandiyalılar bu qolun cavabını yalnız 74-cü dəqiqədə verə biliblər. Kallum Makqreqor hesaba tarazlıq gətirib. Amma meydan sahiblərinin sevinci 3 dəqiqə çəkib. Xavier Martines diqqət mərkəzinə düşərək münhenlilərə 3 xal gətirən qola imza atıb. Sletik 1 Bavariya 2.

Qrupun Paris Sen Jermen – Anderlext qarşılamasında isə fransızlar rəqibini darmadağın hesabla üstələyərək meydana çıxmağa peşman edib.  İlk olaraq 30-cu dəqiqədə Marko Veratti adını tabloya yazdırıb. Fasiləyə az qalmış qonaqlar ikinci topu qapılarından çıxarmalı olublar. Bu dəfə Neymar fərqlənən oyunçu olub. İkinci hissədə PSJ daha 3 top vurub. Parislilərin hər 3 qolunu Leyvin Kurzava rəqib qapısından keçirib. 52,72 və 78-ci dəqiqələrdə diqqətlərinə üzərinə çəkən fransız oyunçu komandasının 5:0-lıq qalibiyyətində böyük rol oynayıb.

D qrupunda Olimpiakos səfərinə yollanan Barselona gözlənilmədən xal itirib. Görüşdə tərəflər qol hesabını aça bilməyiblər və oyun başladığı kimi – 0:0 hesabıyla da başa çatıb.

Bu qrupun Sportinq – Yuventus qarşılaşmasında da qalib müəyyənləşməyib. Ancaq azarkeşlər iki qola şahid olublar. 20-ci dəqiqədə prineylilərdən Bruno Sezar hesabı açsa da, ev sahibləri bu nəticə sonadək qoruya bilməyiblər. 78-ci dəqiqədə Qonzalo İquain hesabı bərabərləşdirirək yuveni məğlubiyyətdən qurtarıb. Yekun nəticə 1:1

 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

31 oktyabr

 

A qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 2:0

Qollar: Svilar, 45 (öz qapısına), Blind, 78 (pen.)

 

“Bazel” (İsveçrə) - MOİK (Rusiya) - 1:2

Qollar: Zuffi, 32 - Dzaqoev, 69, Vernblum, 79

 

1.

Mançester Yunayted

4

4

0

0

10-1

12

2.

Bazel

4

2

0

2

8-5

6

3.

MOİK

4

2

0

2

5-8

6

4.

Benfika

4

0

0

6

1-10

0

  

B qrupu

PSJ (Fransa) - “Anderlext” (Belçika) - 5:0

Qollar: Veratti, 30Ş Neymar, 45+4, Kurjava, 52, 72, 78

 

“Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya) - 1:2

Qollar: Makqreqor, 77 - Koman, 22, Martinez, 77

 

1.

PSJ

4

4

0

0

17-0

12

2.

Bavariya

4

3

0

1

8-4

9

3.

Seltik

4

1

0

3

5-9

3

4.

Anderlext

4

0

0

4

0-15

0

 

C qrupu

“Atletiko” (İspaniya) - “Qarabağ” (Azərbaycan) - 1:1

Qollar: Tomas, 56 - Miçel, 40

 

“Roma” (İtaliya) - “Çelsi” (İngiltərə) - 3:0

Qollar: El Şaravi, 1, 37, Perotti, 63

 

 

1

Roma

4

2

2

0

8-4

8

2

Çelsi

4

2

1

1

11-7

7

3

Atletiko

4

0

3

1

2-3

3

4

Qarabağ

4

0

2

2

2-9

2

 

 

D qrupu

“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 1:1

Qollar: Sezar, 20 - İquayn, 79

 

“Olimpiakos” (Yunanıstan) - “Barselona” (İspaniya) - 0:0

 

1.

Barselona

4

3

1

0

7-1

10

2.

Yuventus

4

2

1

1

5-5

7

3.

Sportinq

4

1

1

2

5-6

4

4.

Olimpiakos

4

0

1

3

3-8

1

 

Orxan Cəfərzadə