UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb. Keçirilən 8 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ilk “100-lük”dəki yeganə təmsilçisi “Qarabağ”ın da mövqeyi dəyişib. İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən çempionumuz aktivinə daha 1 xal yazıb. Ağdam klubu hazırda Avropanın 65-cisi adına şərikdi. Təmsilçimiz Sloveniyanın “Maribor” klubu ilə eyni göstəriciyə malikdi.
Orxan Cəfərzadə
- Baxış: 514