• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 30.10.2017 10:56

Yamaha 1+2+1 formasında pikap hazırladı

Tokio avtosalonunda Yamaha Cross Hub konseptual pikapının təqdimetmə mərasimi keçirilib. Yeni maşın romb şəkilli qeyri-adi kabinə və fərqli kuzovu ilə diqqət çəkir. 4490 millimetr uzunluğu olan prototip 1960 mm enə və 1750 mm hündürlüyə malikdir. İstehsalçılar hesab edirlər ki, bu ölçülər avtomobili həm şəhərdə, həm də yolsuzluq şəraitində rahat idarə etməyə imkan verir. Qeyd olunan ölçülər Honda CR-V və ya Toyota RAV4 maşınlarını üstələmir. Romb şəkilli kabinə 4 nəfər üçündür. Sürücü mərkəzdə, bir sərnişin onun arxasında, qalan iki nəfər yan tərəflərdə ayrılan yerlərdə oturur. Yük yerinə bir neçə krossover motosiklet və ya kravdosikl yerləşdirmək olar. Kuzovda və salonda ağac materiallarından yararlanıblar. Bu da onu yaxtalara bənzədir.