• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 31.10.2017 13:55

Bir neçə gün öncə evinə basqın edildi, indi də pulu oğurlandı

KepezTV Player

Bir neçə gün öncə Cəlilabadda keçmiş qohumların evə basqın etməsi xəbərini vermişdik. Evin sahibi həmin vaxt qonşuya qaça bilsə də, qadın ağır xəsarət alaraq xəstəxanalıq olmuşdu. Ancaq deyəsən, bəla gəldiyi yerə bir də gəlib. Bu dəfə başqa cür… Belə ki, rayonun Şükürlü kəndində Əbülfət Şəbiyevə məxsus evdə oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkənin sözlərinə görə, həyətindəki mal-qaranı satdıqdan sonra 5 min manata yaxın pulu evin ikinci mərtəbəsindəki yatağın altına qoyub. Lakin səhəri gün pulu götürmək istədikdə onun yerində olmadığını görüb. Məlum olub ki, pullar, eləcə də evdəki qızıl-zinət əşyaları oğurlanıb. Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.