Təhsildə İKT –nin tətbiqi ilə əlaqədar imzalanan müqavilə əsasında artıq Azərbaycan Texnalogiya Universiteti Unibook adlanan təhsilin informasiya idarəetmə sistemi ilə fəaliyyət göstərəcək. Yeni texnologiyanın tətbiqi nəticəsində tələbə və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elktron imtahan mümkün olacaq. Həmçinin bu sistem vasitəsi ilə tələbələr istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Qərb bölgəsində ilk dəfə Azərbaycan Texnalogiya Universitetində tətbiq olunacaq sistem, ölkənin digər universitetlərində geniş istifadə olunur.
Səbuhi Yusifov ATU-nun prorektoru:Bütün dünyada hal hazırda İKT imkanlarından geniş istifadə olunur. Biz istər təhsildə istər dövlət idarəçiliyində istərsədə bütün sahələrdə geniş imtahan proqramları tətbiqlər istifadə olunur. Burada təhsilin şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə, eləcədə tələbələrin həm intelektual potensialını həmdə müəllimlərin intelektual potensialını artırılması üçün bir çox yeniliklər tətbiq olunacaq. Əsas məsələ qeyd etdiyim kimi universitetdə şəffaf və obyektiv təhsilin təmin olunması və sistemin daha çevik daha düzgün daha operativ işləməyini təmin etməkdir.
- Baxış: 698