Daha əvvəl Gumpert adlanan Apollo Automobil şirkəti yeni modelini təqdim edib. Intensa Emozione (IE) adlı hiperkardan cəmi 10 ədəd buraxılacaq və hər birinin qiyməti 2 300 000 avro təşkil edəcək. Apollo IE-nin bütün kuzov panelləri karbon materialındandır. 1250 kiloqramlıq maşın tənzimlənən elementləri olan aerodinamikaya yiyələnib. Avtomobil 6,3 litrlik V12 atmosfer benzin motorla hərəkətə gəlir. Aqreqat imkan verir ki, hiperkar 780 at gücü yığsın. Transmissiya isə 6 pilləli Hewland ardıcıl sürət qutusundan ibarətdir. Apollo IE-in ilk 100 km/saat sürəti yığması 2,7 saniyə çəkir. Motor üç rejimdə işləyə bilir: idman, yarış və yaş yol. İçəridə ən diqqət çəkən çıxarıla bilən sükanın, yüngül materiallı oturacağın və rəqəmsal alətlər panelinin olmasıdır.
- Baxış: 398