Abşeron rayonu Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva Rayon Polis İdarəsinə müraciət edərək evindən 8 min 400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncələrin kilidlərinin sındırılmaması əməliyatçılarda müəyyən şübhələr yaradıb. İstintaqçılar oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverliyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı Pərvin baş vermiş hadisənin günahını şeytanda görüb.
Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin restoranlarda xərclədiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 470