Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkirdə qərb bölgəsindən olan vətəndaşların qəbulunu keçirilib. Qəbulda dövlət imtahanında ixtisaslar üzrə mövcud olan bal sistemi, ixtisas seçimi ilə bağlı vətəndaşlar üzləşdikləri problemləri dilə gətiriblər. Görüşdə həmçinin qəbul imtahanlarında aşağı bal yığan abituriyentləri narahat edən məsələlər, orta məktəb atestatlarını və şədaətnamələrin verilməsi ilə bağlı tətbiq olunan qaydaları Məleykə Abbaszadə açıqlayıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri həmçinin mövcud olan 8 minə yaxın vakant dövlət qulluğu vəzifələrinin bir qisminin bəzi qurumlar tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilməməsi halları ilə bağlı yaranan problemə də aydınlıq gətirib.
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri: Biz indi o dəqiqiləşməni aparırıq ki, ştat cədvəllərində hansısa dəyişiklik varsa bu boş yerləri haqqında bizdə vaxtında əhaliyə məlumat verək. Bu məsələnin üzərində işləyirik və imtahan keçirilən zaman ali təhsilli gənclər bu imtahanlarda iştiak edə biləcəklər.
- Baxış: 997