Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası onlara qarşı düzgün fikrin formalaşmasını təmin etmək, eləcə də əlillərə dəstək məqsədi ilə Şəmkirdə tədbir reallaşıb. Dövlətin bu qəbildən olan şəxslərə qayğısı, rayonda yaşayan 9470 əlilin hərtərəfli diqqətlə əhatə olunduğu vurğulanıb. Sağlamlıq imkanları məhdud olan 1490 uşaq da daim nəzarətdə saxlanılır. Xüsusi istedada malik olan uşaqların müxtəlif müsabiqə və intelektual oyunlarda iştirakı təmin edilir və onların əməyinə yüksək qiymət verilir. Gənc şair Mətanət Qüdsinin “Kəpənəyin saldığı yol” kitabının Şəmkirdə geniş içtimayyətə təıqdimatı sağlamlıq imkanları məhdud olan şəxslərə diqqətin bariz nümunəsi kimi dəyərləndirilib. Yazar yaxın vaxtlarda bir neçə kitab da çap etdirəcəyinə əmindir.
Mətanət Qüdsi Mətin Gənclər Birliyinin rəhbəri: Fiziki məhdudiyyət ümumiyyətlə əlilliyin olması heçdə əngəl deyil. Azərbaycanda bir çox sahələrdə elə insanlar var ki o əngəllərə baxmayaraq həyatda müəyən bir pilləyə çatıblar. Onlara nümunə olarqa göstərmək istəyirik ki həqiqəətn əngəl deyil önəmli olan bizim baxışımızdır. Mənim fikrimcə əlillik deyə bir şey yoxdur. Varsa o bizim düşüncəmizdədir.
Natiq Hüseyn
- Baxış: 1057