Tovuzun Yanıqlı kəndində 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub.Nurlan Rüstəmzadə evin həyətində oynayarkən həyətdəki iri su qabına düşüb.Uşaq valideynlərinin köməkliyi ilə boğulmaqdan xilas olunub və Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
- Baxış: 788