Dünən axşam saatlarında paytaxta təşrif buyuran ispan kollektivini hava limanında azsaylı azarkeşlər qarşılayıb. Fanatlarla şəkil çəkdirən komanda üzvləri aeroportdan birbaşa məskunlaşacaqları otelə yollanıblar. Maraqlısı burasındadır ki, prineyliləri ölkəmizə ön hissəsində "Qarabağ" sözü yazılan AZAL-a məxsus təyyarə gətirib. "Qarabağ" - "Atletiko" görüşü sabah saat 20:00-da Olimpiya stadionunda keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 428