Bu tədris ilindən qərb bölgəsində ilk dəfə olaraq Gəncədə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada sağlamlıq imkanları məhdud uşaqlarla, sağlam olanlar bir arada təhsil alır. Eləcə də fiziki qüsurlu şagirdlərə müvafiq təhsil sənədi ilə yanaşı, peşə təhsil barədə şəhadətnamə də veriləcək.
Təranə Quliyeva - müəllim: Təhsil Nazirinin 28 iyul 2016-cı il tarixli 509 nömrəli əmrinə əsasən məktəbimiz İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya adlandırılıb. Məktəbimizdə sağlamlıq imkanı məhdud olan uşaqlarla yanaşı sağlam şagirdlərin təlim alması üçün hər bir şərait yaradılıb. Bu nizamnamədə öz əksini tapıb. Şagirdlərin özünü cəmiyyətdən tədric olunmuş kimi hiss etməməsi üçün artıq biz hər cür şərait yaratmışıq ki, sağlamlıq imkanı məhdud şagirdlərlə, sağlam şagirdlər birgə təhsil alsınlar. Cəmiyyətə birgə inteqrasiya etsinlər.
Bu il yenidən təmir olunaraq istifadəyə verilən 2 korpuslu gimnaziyada təhsil alan 170 şagirddən 16-nın sağlamlıq imkanları məhduddur. 25 sinif otağından 2-si onlar üçün ayrılıb. Günün birinci yarısı dərslər tədris edildikdən sonra şagirdlər birgə nahar edir, sonra dərs məşğələlərinin tədrisi aparılır.
Pərvanə Yusifova - valideyn: Bu il mənim oğlum bu gimnaziyanın birinci sinfinə qəbul olunub. Məktəbdən, müəllimələrdən çox razıyam. Bu il məktəb təmirdən çıxıb. Burada hər tərəfli uşaqları təmin edirlər. Uşaqlar saat 4-ə kimi burada olurlar. Evə uşaqlarımız tam hazır vəziyyətdə göndərirlər.
Səma Səttarova - şagird: Müəllimlər çox gözəl dərslər keçir. Siniflərimiz çox gözəl işıqlı və istidir. Məndə gələcəkdə həkim olmaq istəyirəm.
Ləman Məmmədcəfərova - şagird: Gözəl sinif otaqlarımız var. Gələckdə isə aktirisa olmaq istəyirəm. Gözəldə qabiliyyətim var.
Gimnaziyada qismən fiziki qüsurlu şagirdlər emalatxanada əmək hazırlığı dərslərinə də cəlb olunacaq. Hazırda isə idman zalı, komputer otağı və yataqxana şagirdlərin istifadəsindədir. Yataqxanada ətraf rayonlardan gələnlər həftə sonuna kimi qala bilir.
Elnur Vahidoğlu
- Baxış: 577