KepezTV Player
Abşeron rayon polis idarəsinin əməkdaşları rayon ərazisində oğurluqlar törətməkdə şübhəli bilinən Hökməli qəsəbə sakinini saxlayıblar.Narkotik aludəçisi olan 26 yaşlı Ruhan Məmmədov Aşağı Güzdək qəsəbəsində şirkətə məxsus qarajdan oğurluq edəndən sonra yaxalanıb. Qarajdan apardığı açar dəsti, laqonda və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Məmmədov rayon ərazisində çoxsaylı oğurluq hadisələri törətdiyini də gizlətməyib. O, oğurluq yolla əldə etdiyi pullarla narkotik maddələrə olan təlabatını ödəyib. Faktlarla bağlı Abşeron rayon polis idarəsində CM oğurluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
- Baxış: 560