Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialından Beyrək Bağırov qonşu ölkədə tatami üzərinə çıxıb. Budo ənənəsi olan 30-dan ölkənin yığma komandasının qatıldığı mundialın nəticələri Bağırov üçün uğurlu alınıb. Yarışda fəxri kürsüyə yüksəlməyə əsas namizədlərdən olan gəncəli idmançı ümidləri doğruldub. Beyrək ilk dəfə iştirak etdiyi dünya çempionatının qızıl medalını qazanıb. O, free kontakt kateqoriyasında 80 kq çəki dərəcəsində baş mükafata yiyələnib.
Beyrək Bağırov universial idmançılardan sayılır. Belə ki, əsasən taekvando ilə məşğul olmasına baxmayaraq müxtəlif döyüş növləri üzrə yarışlarda da qüvvəsini sınayır və nəticələrə qazanır.
Məşqçi kimi də fəaliyyət göstərən Beyrək Bağırov təhsil idman mərkəzində uşaq, yeniyetmə və gənclərə taekvandonun sirlərini öyrədir.
- Baxış: 626