Gəncə ASAN Xidməti Mərkəzində, eləcə də Gəncə və Göygöldə dövlət qulluğunda çalışanlar üçün “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində təlim keçirilib. Təlim Avropa Şurası və Avropa İttiqfaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı çərçivəsində təşkil edilib. Təlimin əsas mövzusu dövlət qulluğunda etik davranış qaydalarının və korrupsiyaya qarşı mübarizə üzrə məsələlərlə bağlı dövlət qulluğunda çalışanların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi ilə bağlıdır. Respublikada 2015-ci ilin yanvar ayından başlanılan layihə çərçivəsində artıq Bakı şəhərində və Qubada dövlət qulluğunda çalışanlar üçün analoji təlimlər keçirilib. Layihə bu ilin dekabr ayının sonunda başa çatacaq.
Vüqar Əsgərov DİM-nin Dövlət Qulluğu Məsələləri üzrə şöbəsinin müdiri:Dövlət quluqçularından ibarət təlimçi şəbəkəsi formalaşdırmışıq ki, həmin dövlət orqanlarında bu təlimçilər orqanda çalışan dövlət qulluqçuları üçün maarifləndirici təlimlər təşkil etsin. Bu sahə üzrə xüsusi bir təlimçi olaraq dövlət quluqçularının biliklərinin artırılmasında bir vastəçi kimi çıxış edə bilsinlər.
- Baxış: 497