• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 10.10.2017 15:31

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində daha 3 qrupda sonuncu turun növbəti oyunları keçirilib.

D qrupunun lideri Serbiya evdə Gürcüstanla qarşılaşıb. Görüşün taleyi 1 qoldan asılı olub. 74-cü dəqiqədə Aleksandr Priyoviçin qolu serblərə qələbə üçün kifayət edib.  

Qrupda ikincilik uğrunda mübarizə aparan komandalar Uels və İrlandiyanın duelində isə ikincilər qalib gəlib. Eyni hesabın qeydə alındığı bu görüşdə Ceyms Maklin 57-ci dəqiqədə fərqlənərək komandasına 1:0 qələbə qazandırıb. Bu qalibiyyətlə irlandlar qrupu ikinci sırada bitirərək pley-offa vəsiqə əldə ediblər. Serbiya isə mundiala birbaşa yollanıb.

Qonşu ölkə Türkiyə İ qrupunda səfərdə Finlandiyayla üz-üzə gəlib. Dünya çempionatına qatılmaq şansını itirən türklər formal xarakter daşıyan oyunun 57-ci dəqiqəsində hesabı açıblar. Cenk Tosun diqqət mərkəzinə düşüb. 76-cı dəqiqədə hesab bərabərləşib. Meydan sahiblərindən Paulus Arajuri tablodakı rəqəmləri eyniləşdirib. 83-cü dəqiqədə dubl edən Cenk yenidən ay-ulduzluları önə keçirib. Ancaq məğlub olmaq istəməyən skandivanlar 88-ci dəqiqədə Pohjanpolayla oyunda ikinci dəfə status-kvonu bərpa ediblər. Bu qol həm də yekun hesabı təyin edib. Finlandiya 2 Türkiyə 2.

Qrupun lideri İslandiya doğma meydanda sınağa çəkdiyi autsayder Kosovaya şans verməyib. Fasiləyə Siqurdsonun qoluyla irəlidə yollanan ev sahibləri ikinci yarıda daha 1 qol vurublar. 68-ci dəqiqədə Qudmundson da adını tabloya yazdıraraq görüşdə son nöqtəni qoyub. 2:0 İslandiyanın qələbəsi.

Eyni qrupda çıxış edən Ukrayna və Xorvatiya komandalarının qarşıdurmasında isə xorvatlar qalib gəlib. Oyunda Andrey Kramariç iki qol vuraraq komandasının qalibiyyətinin memarı olub. Son turun görüşlərindən sonra İ qrupunu İslandiya lider kimi başa vurub. İkinci pillədə isə Xorvatiya qərarlaşıb.  

 

DÇ – 2018-in seçmə mərhələsi

X tur

9 oktyabr

 

D qrupu

Serbiya – Gürcüstan - 1:0

Qol: Qudely, 74

 

Uels - İrlandiya - 0:1

Qol: Maklin, 57

 

Moldova – Avstriya - 0:1

Qol: Şaub, 69

 

1.

Serbiya

10

6

3

1

20:10

21

2.

İrlandiya

10

5

4

1

12:6

19

3.

Uels

10

4

5

1

13:6

17

4.

Avstriya

10

4

3

3

14:12

15

5.

Gürcüstan

10

0

5

5

8:14

5

6.

Moldova

10

0

2

8

4:23

2

 

 

G qrupu

Makedoniya - Lixtenşteyn - 4:0

Qollar: Musliu, 36, Traxkovski, 38, Bardi, 66, Ademi, 68

 

İsrail – İspaniya - 0:1

Qollar: İllaramendi, 76

 

Albaniya – İtaliya - 0:1

Qol: Kandreva, 73

 

1.

İspaniya

10

9

1

0

36:3

28

2.

İtaliya

10

7

2

1

21:8

23

3.

Albaniya

10

4

1

5

10:13

13

4.

İsrail

10

4

0

6

10:15

12

5.

Makedoniya

10

3

2

5

15:15

11

6.

Lixtenşteyn

10

0

0

10

1:39

0

 

 

İ qrupu

Finlandiya - Türkiyə - 2:2

Qollar: Arajuri, 76, Pohjanpalo, 88 - Cenk Tosun, 57, 83

 

İslandiya - Kosovo - 2:0

Qollar: Siqurdsson, 40, Qudmundsson, 68

 

Ukrayna - Xorvatiya - 0:2

Qollar: Kramariç, 62, 70

 

 

1.

İslandiya

10

7

1

2

16:7

22

2.

Xorvatiya

10

6

2

2

15:4

20

3.

Ukrayna

10

5

2

3

13:9

17

4.

Türkiyə

10

4

3

3

14:13

15

5.

Finlandiya

10

2

3

5

9:13

9

6.

Kosova

10

0

1

9

3:24

1

 

Orxan Cəfərzadə