• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 09.10.2017 14:25

Aktuallığını itirən poçtalyon peşəsi...

KepezTV Player

Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci yarısına təsadüf edir. Ölkədə ilk poçt kontoru 1818-ci ildə Gəncə fəaliyyətə başlayıb. Hazırda Gəncə Regional Poçt filialında əhalinin bütün təbəqələrinə 40-a yaxın ənənəvi və qeyri-ənənəvi poçt, maliyyə xidmətləri göstərilir. Poçt xidmətindən əbəs yerə danışmadıq əslində. Bu gün Ümumdünya Poçt Günüdür və biz bu gün əvvəlki illərlə müqaisədə hazırda öz aktuallığını itirməkdə olan bir peşədən danışacağıq... Poçtalyon peşəsindən...

“Tanımayan tapılmaz məhlədə poçtalyonu, Hamı istərdi onu, hamı sevərdi onu...” Süleyman Rüstəmin unudulmaz “Ana və poçtalyon” şeirindəndir bu misralar... Bəli, vaxtı ilə hamının istədiyi, hamının sevdiyi və hamının gözlədiyi peşə sahibləri idi poçtalyonlar... Kimi anaya övladından bir məktub, kimisi sevgi naməsi gətirərdi... İntizara son qoyar, insanların üzlərini güldürərdilər... Amma zaman ötdükcə poçtalyonlar daha az görünməyə başladı küçələrdə, daha az adam gözləyər oldu onların yollunu... Vaxtı ilə Gəncə Regional Poçt filialında 14 poçtalyon çalışıb. Sonralar bu say 4-də endi. Hazırda isə şəhərdə bu işi icra edən cəmi iki nəfər var. Nurlana Məmmədova Gəncə Poçtamtının 2 poçtalyon xanımından biridir.

Nurlana Məmmədova hazırda şəhərdə fəlaiyyət göstərən 40-a yaxın idarə müəssisə ilə çalışır. Poçtalyon xanım, gələn məktub, sənəd və qəzetləri çeşidlədikdən sonra, onları götürür və yollanır lazım olan ünvanlara... O işini yaxşı bacarır. Bunu biz yox, xidmət göstərdiyi müəssisələrin rəhbərləri deyir...

Nurlana xanım burada işini yekunlaşdırır və başqa bir idarəyə getmək üzərə binadan çıxır... O deyir ki, bütün bunlar öz yerində, amma bəzən elə məktublar olur ki, onları ünvanına çatdırmaq xüsusi ilə xoş olur.

Həmsöhbətimizi çox saxlamırıq, işində uğurlar arzulayıb, sağollaşırıq... axı hələ də onun yolunu gözləyənlər var...

 

Gülnar Fazilqızı