Ford şirkəti özünün bütün dizayn mərkəzlərində Microsoft HoloLens virtual reallığı göstərən eynəklərin qlobal testlərinə başlayıb. Yeni texnologiya maşınlar üçün bir neçə variantda dizayn yaratmağa imkan verir. Belədə tam ölçülü maketlərə ehtiyac qalmır. Pilot layihə ilk olaraq Dirbornda yerləşən dizayn studiyasında həyata keçirilib. Mərkəzin əməkdaşları bir neçə saat ərzində avtomobilə virtuallıq hesabına müxtəlif dizaynlar verə və sonda bir qərara gələ bilərlər.
Cavanşir Məmmədzadə
- Baxış: 481