Azərbaycan vətəndaşları Əbilhəsən Zeynalov və Burhan Orucov Biləsuvar-Salyan şosesinin kənarında gizlədilmiş 19160 ədəd psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən DSX-nın əməkdaşları tərəfindən saxlanılıblar. Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkarlanıb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində isə İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları bu dəfə də qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 506