Mercedes-AMG-də yeni flaqman model ortaya çıxıb. Project One 6 saniyə ərzində 200 km/saat sürət yığmaq qabiliyyətindədir. Brendin bu il ən gözlənilən layihəsi olan Project One hiperkarı şirkətin rəhbəri Diter Zetçenin şəxsən iştirakı ilə baş tutub. AMG-nin 50 illiyinə həsr olunan hiperkar Formula-1 avtomobilləri stilində hazırlanıb. Onun hətta iki yerlik içərisini də F1 bolidinin interyeri adlandırırlar. Hiperkarın güc sistemi 1,6 litrlik V6 motordan ibarətdir. O, 680 at gücünə malikdir. Bu işdə ona iki elektromotor yardım edir. Daha iki mühərriklə güc 1000-ə çatır. Daxildə bir sıra özəl xüsusiyyətləri ilə diqqət çəkən Project One avtomobilindən 275 ədəd istehsal olunacaq. Deyilənə görə, qiymət 2 milyon 275 min avrodan başlayır.
Cavanşir Məmmədzadə
- Baxış: 424