Bu ilin əvvəlindən indiyə kimi Gəncə şəhərində 15 uşağın əməyi istismar edilib. Həmin faktlar 21 saylı Dövlət Əmək Müfəttişliyin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb və maarifləndirici söhbətdən sonra uşaqlar öz valideynlərinə təhvil verilib. Bu fikirlər əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair keçirilən maarifləndirmə seminarında səslənib. Gəncə ilə yanaşı Samux və Göygöldən 300-ə yaxın 9-10-cu sinif şagirdlərinin iştirak etdiyi görüşdə ölkədə uşaqların əmək hüquqları və onların müdafiəsi sahəsində aparılan işlərdən danışılıb.Əmək Məcəlləsində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddinin 15 olduğu vurğuanıb. Yaşı 18-dən az olan işçilərin isə əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər əksini tapıb. Seminarda uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə sahəsində aparılan işlərdən və onların nəticələrindən də geniş bəhs olunub.
Xəqani Səfərov 21 saylı Dövlət Əmək Müfəttişliyin rəisi:Artıq biz bölgələrdə maarifləndirmə işləri aparırıq. Dövlət tərəfindən tapşırılanları biz yerində yerinə yetiririk ki, uşaqlarımız öz təlim tərbiyyəsi ilə məşğul olsunlar. Bəzi yerlərdə rast gəlirik ki, yay mövsümündə çayxanalarda, maşın yuyulma məntəqələrində və digər sahələrdə işlə məşğul olurlar. Bu da bunların gələcəyini pis yola çəkir. Bizdə maarifləndirmə işi aparıb onun qarşısını almışıq.
- Baxış: 576