Bir qrup azərbaycanlı məşqçi ABŞ Dövlət Departamentinin dəstəyi ilə Amerikaya yollanıb. Onlar arasında gəncəli Rizvan Səfərov da olub.
Okeanın o tayına yollanan nümayəndə heyətinin tərkibi 14 məşqçidən ibarət olub. Heyətdə əsasən basketbol sahəsində fəaliyyət mütəxəsislər yer alıb. Amerikaya səfər idman mübadiləsi çərçivəsində baş tutub. Məşqçilər üçün nəzəri və praktiki məşğələlər təşkil olunub.
Rizvan Səfərov məşqçi : “ABŞ digər sahələr kimi basketbolda da ən öncül ölkələrdən biridir. Milli idman növü olduğu üçün Amerikada basketbol bir nömrəli yerdə durur. Bəzi seminarlarda iştirak etdik. Məşqçilik təcrübəmizi artırdıq”.
2 həftəlik ABŞ səfəri zamanı azərbaycanlı mütəxəssislər Vaşinqton, Hyuston və Dallas kimi böyük şəhərlərdə olublar. Nümayəndə heyətinin üzvlərinə yerli basketbol klublarının oyunlarına və məşqlərinə baxmaq imkanı yaradılıb.
Rizvan Səfərov məşqçi : “NBA-də kişilərin çempionatı başlamasa da, qadınların yarışı başlamışdı. Oyunlara tamaşa etdik. Məşq proseslərini izlədik”.
Səfərin təəssüratlarını ARB Kəpəzə bölüşən Rizvan Səfərov Amerika basketbolunda gördüklərindən heyrətə gəlib.
Rizvan Səfərov məşqçi : “Hər bir məşqçinin və ya idmançının arzusu ABŞ-ın basketbolunu gedib yerində görməkdir. Basketbol orada insanların həyat tərzidir. İnsanlar boş vaxtlarında basketbolla məşğul olurlar, bu idman növündən zövq alırlar”.
Təcrübə proqramının sonunda mütəxəsisslərimizə sertifikat təqdim olunub.
Azad Rəfi
- Baxış: 1219