KepezTV Player
Daşkəsən rayonunun Zinzahal kənd bələdiyyəsinin sədri bədbəxt hadisə nəticəsində ölüb. Kənd sakini, 37 yaşlı Fizuli Quliyev meşədə ağac kəsən zaman ehtiyatsızlıq nəticəsində ağacın altında qalıb. Ağır bədən xəsarətləri alan Füzuli Quliyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1103