KepezTV Player
Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq- meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb. Cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub. Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 375