• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 25.09.2017 10:03

Audi R8-i tam ötürücü sistemdən məhrub edib drift üçün hazırladılar

Audi avtoistehsalçıları Frankfurt avtosalonuna seriyalı arxa ötürücülü R8 V10 RWS modelini sərgiləyiblər. 999 ədəd buraxılacaq avtomobili həm kupe, həm də yumşaq damlı formada əldə etmək olar. Hər bir superkar mexaniki şəkildə Böllinger Höfe zavodunda yığılacaq. Tam ötürücü sistemdən imtina kupe və rodsterin çəkisinin müvafiq olaraq 50 və 40 kiloqram azalmasına gətirib çıxarıb. İndi maşının ağırlığı müvafiq olaraq 1509 və 1680 kq-dır. Analoji avtomobil üçün xüsusi asma parametrləri olan sükan idarəetməsi hazırlanıb ki, bu da sürüşmələrdə idarəetməni asanlaşdırır. Bunun üçün Dynamic adlı elektronik rejimini, stabilləşdirmək üçün isə Sport sistemini seçmək lazımdır. Belədə elektromexaniki gücləndirici sükanın arzulanmaz itələmələrini kompensasiya edir. Yenilik 5,2 litrlik atmosfer V10 mühərriklə sürülür. 540 at güclü motor robotlaşdırılmış S tronic sürət qutusu ilə işləyir. Kupe ilk 100-ü 3,7 saniyəyə, Spyder versiyada isə 3,8 saniyəyə yığır. Maksimal sürət kupedə 320, rodsterdə isə 318 km/saatdır. R8 V10 RWS xarici görünüşcə adisindən radiator barmaqlığına, qara havaqəbuledicilərinə və parlaq üst işləmələrinə görə seçilir. Coupé üçün kapot, dam və arxa hissədən keçən qırmızı rəng də təklif olunur.

 

Cavanşir Məmmədzadə