Suzuki şirkəti Almaniyada gücləndirilmiş Swift heçbekinin son modelini görüntüləyib. Sport modifikasiyasının çəkisi 970 kiloqramdır. Suzuki Swift Sport 1,4 litrlik turbomotorla hərəkətə gəlir. 6 pilləli mexaniki sürət qutusu ilə vəhdət təşkil edən aqreqat 140 at gücü verir. Suzuki Swift Sportun qabaq və arxasına Monroe firmasının amortizatorları bərkidilib. Dinamik göstəricilər açıqlanmasa da, avadanlıq siyahısı bunlardır: 17 düymlük disklər, adaptiv kruiz-kontrol, şinlərdə təzyiqi izləyən funksiya, 6 təhlükəsizlik yastığı və yandan hərəkətə nəzarət edən sistem. Gücləndirilmiş Suzukinin qiyməti hələlik naməlumdur.
Cavanşir Məmmədzadə
- Baxış: 590