Yeni Zelandiyalı musiqiçi Neycel Stendford Automatica adlı qeyri-adi klip paylaşıb. Bu klipdə musiqiçiləri Almaniyanın Kuka Robotics şirkətinin robotları əvəzləyib. Robotlar bas-gitarada, barabanlarda ifa edib, hətta DJ kimi çıxış eləyiblər. Ssenariyə görə klipin sonunda dəmir musiqiçilər nəzarətdən çıxır, alətləri və məkanı dağıtmağa başlayırlar. Stenfordun sözlərinə görə, o, bu klip üçün demək olar ki, 3 ilini sərf edib. Kuka Robotics və Sennheiser firmaları isə bu işdə köməklərini əsirgəməyiblər. Klipin öz çəkilişləri bir həftə çəkib, bəzi kameralar da robotlar tərəfindən idarə olunub. Xatırladaq ki, bir neçə gün öncə YuMi adlı robot filarmoniya orkestrinin dirijoru qismində çıxış etmişdi.
Cavanşir Məmmədzadə
- Baxış: 325