KepezTV Player
Hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib. Şəmkir rayon Könüllü kənd sakini, 22 yaşlı Kənan İdrisli hələ ki, bilinməyən şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarın nahiyəsindən bıçaq yarası alan şəxs əməliyyat olunub və onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir Polisi araşdırma aparır.
Xaliq Qurbanlı
- Baxış: 563