İyul ayından fəaliyyət göstərən mərkəzdə növbəti məşğələ keçirilib. Mərkəzin daimi fəaliyyət göstərməsi nəzərdə tutulur.
Samuxda yaradılan mərkəzdən rayon üzrə ilkin olaraq 50 uşaq və 150 valideynin yararlanması nəzərdə tutulub. Hazırda məşğələlərə 31 əlil uşaq eləcə də 61 valideyn qatılır. Prosesə psixoloq, hüquqşunas, həkimlər cəlb edilib.
Səxavət Qasımova – valideyn: “Mənim qızımın başında çox ağır xəstəlik var. Xəstə uşaqlar üçündə belə bir mərkəzin yaradılmasına ehtiyac var. Bu mərkəzin yaradılması bizi qane edir. Çox sevinirik ki, öz rayonumuzda var. İstiyərik ki, axıra kimi olsun. Bizim uşaqlarda da müalicələr getsin irəliləyişlər olsun”.
Aləmzər Məhərrəmova - valideyn: “Mən öz övladımdan ötürü bura müraciət etmişəm. Buranın yaradılmasına çox sevinirəmə Mən əvvəllər uşağı məşğələ üçün Bakıya aparırdım. İndi elə bil evimizin içidi. Uşaqlarla bir yerdə olurlar öz həm yaşıdları ilə məşğələdə iştirak edirlər”.
Layihə çərçivəsində 18 yaşa kimi olan əlil uşaqların məşğələlərə cəlb edilməsi mümkündür. riləcək.
Elmira İsmayılova - Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün İcma Əsaslı Sosial Reablitasiya Mərkəzinin rəhbəri: “Uşaqlar kəndlərdən gətirilir onlara bir neçə saat məşğələ keçirilir. Yaxşı olardı ki, gün ərzində qayğı mərkəzi kimi yaradılsın. Valideyndə gününü itirməmiş olur. Növbəti layihəmiz o üzrə olacaq. Hər hansı bir çatışmamazlıq, onların ehtiyacı duyulan sahədə varsa onlarda o biri layihədə salınacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən icra edilən layihə dekabırın 31-nə kimi davam edəcək və bu müddətdə 15 nəfər işçi əlil uşaqlara xidmət edəcək. Mərkəzin fəaliyyətinin daimi olması üçün tədbirlər görülür.
Elnur Vahidoğlu
- Baxış: 417