Dünən İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub. Azərbaycan üçün daha vacib qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. Tədbirdə Bakı Olimpiya Stadionu 2019-cu ildə Çempionlar Liqasının final oyununa namizədlikdə uduzsa da, qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının həlledici görüşünə ev sahibliyi etməyə haqq qazanıb. Çempionlar liqasının finalı isə Atletiko Madridin yeni arenası “Vanda Metropolitano”da oynanılacaq. Bundan başqa UEFA Superkuboku Türkiyədə keçiriləcək. Bu qarşılaşamanın isə “Beşiktaş”ın stadionu “Vodafon Park” arenada olacağı açıqlanıb.
Orxan Cəfərzadə
- Baxış: 383