KepezTV Player
“Böyük qayıdışın ilk dayanacağı” başlıqlı tədbir Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanan video çarxın nümayişi ilə başlayıb. Hər il avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olunur və bir ay ərzində respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr keçirilir. 100-ə yaxın gəncin iştirak etdiyi yığıncaqda həmçinin Ermənistanla Azərbaycan arasında gedən münaqişədən, qonşu dövlətin yürütdüyü işğalçı siyasətdən və bu məsələnin həllində Azərbaycanın sülh mövqeyi tutduğundan da söhbət açılıb.
- Baxış: 597