Qazax məktəbliləri yol hərəkəti qaydaları və təhlükəsizliyi barədə məlumatlandırılıb. Daxili İşlər Nazirliyinin “Diqqət Uşaqlar” adlı tədbirlər planına uyğun olaraq reallaşan görüşdə dərslərin başlanma və qurtarma saatlarında məktəbin yaxınlığında mövcud yolu keçərkən piyada keçidlərindən istifadə emək tövsiyyə olunub. Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandri Aqil Məmmədov məktəblilərin rahat və təhlükəsiz keçidini təmin etmək üçün müəllimlərdən ibarət növbətçilərin təşkilini zəruri hesab edib. Tağım komandiri cari ilin 8 ayı ərzində qeydə alınan 1189 yol qəzasında 471 şəxsin dünyasını dəyişdiyinə, 1148 nəfərin isə yaralandığına diqqət çəkib. Piyadaların iştirakı ilə baş verən hadisələrin 22-i ölüm, 90-ı xəsarətlə nəticələnib. Görüş şagirdlər arasında yol hərəkəti qaydaları və təhlükəsizliyilə bağlı viktorina ilə davam edib və qaliblər mükafatlandırılıb.
Aqil Məmmədov - BDYPİ-nin YPXA-nın 9-cu tağımının komandiri: Sentybar ayının 10-dan oktyabr ayının 10-dək “Diqqət Uşaqlar” şərti altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Yol Patrul Xidməti Alayının 9-cu tağımının yerləşən rayonlarda görüşlər keçiriləcəkdir. İlk belə tədbirimiz Qazax rayonunun Birinci və İkinci Şıxlı kənd tam orta məktəblərində keçirildi.
Natiq Hüseyn
- Baxış: 722