Yol polisi növbəti dəfə reyd keçirib. Amma bu dəfə hədəf bir qədər fərqli olub. Polis əsasən elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücüləri saxlayıb.
Paytaxt ərazisində növbəti nəzarət tədbirini Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları keçiriblər. Barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən, kobud qayda pozuntularına yol verən, avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücülərin müəyyən edilib. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması patrul avtomobillərindəki xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.
Cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim edilib.
İlin 8 ayı ərazində Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 7970 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 25000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Bu dövrdə Xəzər rayonu ərazisində kobud qayda pozuntularına yol verən 1251, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 170 sürücü müəyyən edilərək barələrində qanuni tədbirlər görülüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 341