Rayonun Şiştəpə kənd sakini 41 yaşlı İntizam Hüseynov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı cərrahiyyə əməliyyatı olunub, vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə İntizam Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
- Baxış: 934