KepezTV Player
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı qətlə yetirilib. Novoe Devyatkino qəsəbəsi, Məktəb küçəsi 94 ünvanında atışma barədə polisə məlumat daxil olub. Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar. Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub. Qətlin motivi müəyyənləşdirilir. Öldürülən şəxsin hadisənin baş verdiyi ünvana qohumlarıgilə qonaq gəldiyi məlum olub. O, siqaret çəkmək üçün həyətə çıxanda güllələnib.
Zülfiyyə Telmanqızı
- Baxış: 983