KepezTV Player
Göygöl rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Çıxış edənlər ötən dərs ilində əldə olunan nəticələri müzakirə ediblər. Əvvəlki illərlə müqayisədə dərsdən yayınma halları minimuma enib. Qarabulaq, Çaylı, Göyçəkənd və Qırıxlı kənd məktəblərində dərsə davamiyyət daha yaxşı olub. Bu il Göygöl rayonu üzrə 192 nəfər tələbə adını qazanıb. 50 nəfər 500-dən, 17 nəfər isə 600-dən yüksək bal toplayıb. Sonuncu dərs ilində Sarısu, Qızılca, Hacıməlik 1 nömrəli tam orta məktəbindən ali məktəbə qəbul qeydə alınmayıb. Konfransda sözügedən məktəblərin direktorları qarşısında konkret tələblər qoyulub. Növbəti tədris ili üçün perspektiv plan müəyənləşdirilib.
Natiq Hüseyn
- Baxış: 410