Abşeronda dəhşətli qətl törədilib. Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olmaları müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, qətli Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan Sahib Hacıyev törədib. Belə ki, Sahib Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Allahverdi Əsədovun sükanı arxasında olduğu VAZ 2107 markalı nəqliyyat vasitəsini təqib edib. Sulutəpə ərazisində qəza şəraiti yaradaraq, VAZ-ı dayandırıb. Avtomobildən düşərək Samirə Əsədovanın boğaz nahiyəsinə bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Daha sonra isə qızın atası ilə əlbəyaxa davaya çıxıb. Bu zaman onu da bıçaqlayıb və hadisə yerindən uzaqlaşaraq, polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Ruhəngiz Hacızadə
- Baxış: 683