• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 06.09.2017 00:22

Evin bir otağı yandı

KepezTV Player

Gəncə şəhərində yaşayış evində yanğın baş verib. Mikayıl Müşfiq küçəsi, ev 34 ünvanında, 31 yaşlı Vüqar Zeynalova məxsus iki mərtəbəli ev alışıb. Ümumi sahəsi 170 kv.m olan tikilinin ikinci mərtəbəsində 16 kv.m-lik otaqda bütün əşyalar tamamilə yararsız hala düşüb. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə idarəsinin 3 yanğınsöndürən maşını və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.

Elnur Vahidoğlu