KepezTV Player
Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər. Hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 45 yaşlı Xumar Məhərrəmova, 54 yaşlı Nazilə Hüseynova və 52 yaşlı Zərifə Dövlətova xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ruhəngiz Hacızadə
- Baxış: 499