• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 05.09.2017 12:08

150-dən çox avtomobil saxlanıldı

KepezTV Player

Biri avtomobili saxlandığı üçün polisə etiraz edir, digəri isə avtomobilinə həbs qoyulduğu üçün maşınını cərimə meydançasına aparmaq istəmir. Haqqında danışılanlar Cəlilabadda keçirilən reyddəndir.

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş inzibati cərimə haqqında qanunun qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimələri ödəməkdən yayınan sürücülərə qarşı reydlər davam etdirilir. Keçirilən reyd zamanı rayonda 150-dən çox cərimələri ödənilmədiyi üçün Baş Dövlət Yol Polisi tərəfindən həbs qoyulmuş avtomobillər saxlanılaraq xüsusi duracağa yerləşdirilib. Reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Ruhəngiz Hacızadə