• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 04.09.2017 15:01

Gəncədə bayram günlərində poçt xidmətlərində heç bir problem yaşanmayıb

KepezTV Player

Bayram günlərində əhalinin kommunal xidmətlərə əlçatanlığı, eləcə də ənənəvi poçt xidmətlərindən yararlanmasında problem olmayıb. “Azərpoçt”un Gəncədəki mərkəzi filialı və şöbələrində ödənişlər edən, beynəlxalq və daxili pul köçürmələri həyata keçirən sakinlər xidmətdən razıdır.

Sentyabırın 1-dən gücləndirilmiş iş rejimində əhaliyə xidmət edən Gəncə poçtamtına bayram günlərində 2500-dən artıq komunal xidmətlər, 100-ə yaxın DİN dövlət rüsumunun ödənişi ilə bağlı müraciət edilib. Əhali vergi və gömrük xidmətlərindən də yararlanıb. Bu günlərdə üstünlük beynəlxalq və daxili pul köçürmələri təşkil edib.

Vüqar Xəlilov - Gəncə Regional Poçt Filialının Müştəri Xidmətləri şöbəsinin rəisi: “Bütün növ xidmətlərdən istifadə olunub. Ən çox da bank və digər təşkilatların işləməməsi ilə əlaqədar olaraq beynəlxalq və daxili pul köçürmələr çox olub. Dörd gün ərzində 500-ə yaxın müraciət olub. Komunal xidmətlə bağlı vətəndaşlar elə düşünürdülər ki, poçtlar işləmiyəcək və buna görədə tələskənliyə yol verirdilər. Lakin biz bayram günlərində əhaliyə xidmət göstərdik. Bütün xidmətlərlə bağlı heç bir problem olmadı”.

Poçtamtın mərkəzi filialı bayram günlərində saat 9-dan 17-ə kimi, 21 şöbəsi isə saat 15-ə kimi əhaliyə xidmət göstərib. Sabahdan isə poçt işini adi qrafiklə davam etdirəcək.

 

Elnur Vahidoğlu