KepezTV Player
Cəlilabadda 27 yaşlı gənc suda boğulub. Hadisə rayonun Abazallı kəndində qeydə alınıb. Kənd sakini Şahmar Hümbətov sərinləmək üçün kənddəki Mişarçay sututarına girib və orada boğulub. Hadisə yerinə Dövlət Sularda xilasetmə xidmətinin Dalğıc Xilasediciləri çağırılıb. Aparılan axtarışlar nəticəsində gəncin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 504