• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 28.08.2017 19:32

Ər arvadını qətlə yetirdi

KepezTV Player

Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirib. Hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb. Rayon sakini, 43 yaşlı İsmayıl İsmayılov arvadı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən qadın hüşünü itirib. Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Qətli törədən şəxs polis tərəfindən yaxalanıb. İsmayıl İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cəlilabad rayon porkurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı